İRNA-nın Reuters xəbər agentliyinə istinadən verdiyi məlumatına görə, çərşənbə axşamı Misirin Kopenhagendəki səfirliyi qarşısında 5 nəfər Qurani-Kərimi yandırıb. Bu da bir həftədən az müddətdə bu Avropa ölkəsində baş verən üçüncü hadisədir.
Bu iyrənc hərəkət Kopenhagendə “Danimarka vətənpərvərləri” adlı qruplaşma tərəfindən törədilib. Halbuki, dünən iki nəfər də bu iyrənc əməli törətmişdi. Ötən həftə Danimarkanın paytaxtında İraq səfirliyi qarşısında oxşar hərəkət edilmişdi. Son bir ayda İsveçdə də iki dəfə Quranın yandırılması hadisəsi baş verib.
Bazar ertəsi İraq Xarici İşlər Nazirliyi Avropa rəsmilərindən sözdə ifadə azadlığına və Quranın yandırılmasına icazə verilməsinə dərhal yenidən baxmağı tələb edib.
Bazar ertəsi günü Türkiyə Qurana qarşı alçaq hücumu qətiyyətlə pislədiyini bəyan edib və Danimarkanı İslama qarşı bu "iyrənc cinayətin" qarşısını almaq üçün lazımi tədbirlər görməyə çağırıb.
Sizin rəyiniz